تبليغاتX
جیزما قارا - Dadaismi bir şer/ دادائیزمی بیر شعر

جیزما قارا

Cızmaqara

 

-&- Dadaism -&-

 

Birinci dünya savaşında, Suisin Zurix şəhərində yaranan, Dad ilə Dadaismi, mədəni, ədəbi və sənətçiliyə bağlı olan 1916 – cı ildən başlayaraq 1920 – ci ildə lap yüksək zirvəyə yetişən bir Axım hesablamaq olar.

Ümidsizlik, iztirab, terorçuluq və birinci dünya savaşının səmərəsindən, dadaism yaranmağa başladı. 

Dadaism, sarsılmış və heç nəyə ümidləri olmayan insanların şərh halı da hesablamaq olardı.  

Bu üsyankar məktəbə bağlı olanların əsas qəsdi toplum, sənət və mənəviyyətə qarşı çıxmağı idı. Onlar bəşəriyyəti məntiq, ağıl və dilə olan bağlılıqlarından tam azad etmək niyyətində olmaqla hər nəyi inkar edirdilər.

Bu məktəbin şairləri, qəzetlərdən kəlmələri cırıb bir – birinin yanına düzməklə şer yaratmaq zorundaydılar. Kəlmələrin azad olmağına düşünürdülər.

1916 – cı ildə avrupada yaranan dada zurix şəhərində bir neçə yazıçı və sənətkar əlilə quruldu. Fransızlı Jan Arp və Rumaniyalı olan Trisan Tesaranı bu məktəbin əsas qurucularından adlandırmaq olar.

Önəmli olan daha bir söz, dadaismdən döğulan surealismin yaranmasıdır. Dadaismlər hər nəyi inkar etsələr də yeni məktəblərin yaranmasında əsas təsirlər qoyublar.

Dad birinci dünya savaşının son çağlarında, almanyada da inkişaf taparkən, militarism və nasyonalismə qarşı çıxdı. Zurx şəhəri ilə bərabər Niyoyork şəhəri də, dadaism məktəbinin hərəkatına çevrildi.   

Bu məktəbə üz gətirən şairlərdən, Berton, Pikabiya, Tristan Tesa, Aragon, Əlvar, Apoline, Məx Jakop və Soyo kimiləri ad aparmaq olar.

 

-&- دادائیزم -&-

 

بیرینجی دونیا ساواشیندا، سویسین زوریخ شهرینده یارانان، داد ایله دادائیزمی، مدنی، ادبی و صنعتچیلییه باغلی اولان 1916 - جی ایلدن باشلایاراق 1920 - جی ایلده لاپ یوکسک زیروه­یه یئتیشن بیر آخیم حسابلاماق اولار.

اومیدسیزلیک، ایضطیراب، تئرورچولوق و بیرینجی دونیا ساواشی­نین ثمره­سیندن، دادائیزم یارانماغا باشلادی.

دادائیزم، سارسیلمیش و هئچ نه­یه اومیدلری اولمایان اینسانلارین شرح حالی دا حسابلاماق اولاردی.

بو عوصیانکار مکتبه باغلی اولانلارین اساس قصدی توپلوم، صنعت و معنویته قارشی چیخماغی ایدی. اونلار بشریتی منطیق، عاغیل و دیله اولان باغلیلیقلاریندان تام آزاد ائتمک نیتینده اولماقلا هر نه­یی اینکار ائدیردیلر.

بو مکتبین شاعیرلری، قزئتلردن کلمه­لری جیریب بیر – بیری­نین یانینا دوزمک­له شعر یاراتماق زوروندایدیلار. کلمه­لرین آزاد اولماغینا دوشونوردولر.

1916 - جی ایلده آوروپادا یارانان دادا زوریخ شهرینده بیر نئچه یازیچی و صنعتکار الیله قورولدو. فرانسیزلی ژان آرپ و رومانیالی اولان تریسان تئسارانی بو مکتبین اساس قوروجولاریندان آدلاندیرماق اولار.

اؤنملی اولان داها بیر سؤز، دادائیزمدن دؤغولان سورئالیزمین یارانماسیدیر. دادائیزم­لر هر نه­یی اینکار ائتسه­لر ده یئنی مکتب­لرین یارانماسیندا اساس تاثیرلر قویوبلار.

دادا بیرینجی دونیا ساواشی­نین سون چاغلاریندا، آلمانیادا دا اینکیشاف تاپارکن، میلیتاریزم و ناسیونالیزمه قارشی چیخدی. زوریخ­ شهری ایله برابر نیویورک شهری ده، دادئیزم حرکاتینین اوجاغینا چئوریلدی.

بو مکتبه اوز گتیرن شاعیرلردن، بئرتون، پیکابییا، تریستان تئسا، آراگون، الوار، آپولینی، مکس ژاکوپ و سویو کیمیلری آد آپارماق اولار.

*****************

 

 

 

Dadaismi bir şer

 

:: Səsimi itirmişəm

 

- Yalnız o zaman kəndinə diqqət et!

- qızım sən nə danışırsan?!

- Soruşdum niyə

əzab çəkirəm bu dar dünyada?!

- kömək edecəyəm.

Hiss etdim ki təkcə o deyil

Və bu reklamı

Taleimiz təkrar yadımıza salır

Nəhayət qaşlar baş – başa gəldi

Onun bilmədiyi əzdiyi mesajların arasında

Belə bir yazı variydı:

- dərdsərimi paylaşmaqçün

Üz tutduğum məkanımda, yerimdəsən.

Öz çənginə keçirəcəkdi

Amma şəxsən mən belə düşünürəm:

- qorxu yaratmağa gəlmişdilər!

Səsini itirmişəm

Insan özü olmaq üçün azadlıq axtardığı kimi,

Azadlıq da özü olmaq üçün insan axtarır.

İndi bunu xatırlamağı

Kimsə cəhd eləmir

Hər şeyi yazmalıyıq

Səhifə ağ – apbaq iydı,

Barmaq hesabından.

Bizim hekayəmiz belədir dostlar

Ağ yalanın ömrü 40 gündür!

Səhifə ağ – apbaq iydı

Baxırdım

Sağır dalğınlıqlarından siyrilib

Səsim boğazımda düyünlənir

 

Qaynaq:

Alatoran 10- cı nümrəsinin  (5, 10, 15, 20, 25, 30, 35, 40, 45, 50, 55, 60, 65, 70, 75, 80, 85, 90, 95, 100, 105, 110, 115, 120, 125, 130, 135, 140, 145)- cı səhifələri.

 

       

 دادائیزمی بیر شعر

:: سسیمی ایتیرمیشم

 

- یالنیز او زامان کندینه دیقت ائت!

- قیزیم سن نه دانیشیرسان؟!

- سوروشدوم نییه

عذاب چکیرم بو دار دونیادا؟!

- کؤمک ائدئه­جه­یم.

حیسس ائتدیم کی تکجه او دئییل

و بو رئکلامی

طالعیمیز تکرار یادیمیزا سالیر

نهایت قاشلار باش - باشا گلدی

اونون بیلمه­دییی ازدییی مئساژلارین آراسیندا

بئله بیر یازی وارییدی:

- دردسریمی پایلاشماقچون

اوز توتدوغوم مکانیمدا، یئریمده­سن.

اؤز چنگینه کئچیره­جکدی

آما شخصن من بئله دوشونورم:

- قورخو یاراتماغا گلمیشدیلر!

سسینی ایتیرمیشم

اینسان اؤزو اولماق اوچون آزادلیق آختاردیغی کیمی،

آزادلیق دا اؤزو اولماق اوچون اینسان آختاریر.

ایندی بونو خاطیرلاماغی

کیمسه جهد ائله­میر

هر شئیی یازمالیییق

صحیفه  آغ - آپباق اییدی،

بارماق حسابیندان.

بیزیم حئکایه­میز بئله­دیر دوستلار

آغ یالانین عؤمرو 40 گوندور!

صحیفه  آغ - آپباق اییدی

باخیردیم

ساغیر دالغین­لیق­لاریندان سییریلیب

سسیم بوغازیمدا دویونله­نیر

 

  قایناق: 

 آلاتوران 10- جی نومره­سینین (5، 10، 15، 20، 25، 30، 35، 40، 45، 50، 55، 60، 65، 70، 75، 80، 85، 90، 95، 100، 105، 110، 115، 120، 125، 130، 135، 140، 145)- جی صحیفه­لری. 

     

  

+ نوشته شده در  پنجشنبه بیست و دوم فروردین 1387ساعت 0:30  توسط رامین جهانگیرزاده  |