شعر/Şer
۲۱ ـ جی عصرین افسانهسی منم سئوگیلیم
۲۱ ـ جی عصرین افسانهسی منم سئوگیلیم
مین بیر گئجه ناغیلینین نوغولو
مینیمومومدان ماکزیموموما قدر
مین بیر یارانین خریطهسی
آتلارین ناللاریندان سیچرایان
هئچ بیر اؤلچویه سیغمایان اینسان
بوتون گؤللر![]()
بوتون دنیزلر
بوتون اوکئانلار
گؤزلریمده باتارکن
بئنیمده قورویور
ایپک یولو آلنیمدان سوووشور
۲۱ـ جی عصرین افسانهسی منم سئوگیلیم
بوتون فرعونلارین آراباسی
اوستومدن کئچیر
ماوی گؤزلریندن بذ قالاسیندان بویلانیب
ویتنامین یئر آلتی یوللاریندان باش چیخاردیرام
هیروشیمادا اریییب
ناکازاکی ده کوله دؤنورم
قارا آفریقادا قورباغالار سمفونیسی یازارکن
آسیادا اؤلوم اوپئراسینی یارادیرام
بوتون نئرونلار نوتلاریمی یاندیریر
۲۱ـ جی عصرین افسانهسی منم سئوگیلیم
کلوپاترانین ساچلاریندان
آسیرلار منی
ایکینجی دونیا موحاریبه سینده یاندیرارکن
بیرینجی دونیا موحاریبه سینده
قورشونلارا باسیرلار منی
من هله ده دیری قالیرام
هالیووددان دوغولوب
بالیووددا بوغولورام
بوتون ایضطیرابلاریمی
اؤسکورورم بئینیمه
بئنیمدن اوسکارا توللانیرام
و نوبئلده تولا کیمی یاللانیرام
سطیر ـ سطیر سفئهلهییب
کلمه ـ کلمه خفهلنیرم.
۲۱ ـ جی عصرین افسانهسی منم سئوگیلیم
سانتیاگودا آزادلیغین سون نغمهسین اوخویارکن
بیلنگیمی آتدیریرلار
ماسکوادا ایستانبولو باغیرارکن
ساخالینده سیلل توتارکن
اؤلورم
دیریلیرم
۲۱ـ جی عصرین افسانهسی منم سئوگیلیم
سکیلرده دوغولوب
سکیلرده ایمکلهییب
سکیلرده بؤیویوب
سکیلرده اؤلورم
۲۱ـ جی عصرین افسانهسی منم سئوگیلیم
دون کیشوت کیمی تاریخی آزارکن
نئلسونون گؤزونده باتارکن
قاندینین قانسیز اینقیلابینا یئتیشیرم
هله ده شووالیه پالتاریمی اینیمدن چخارتمامیشام
دمیر دوشونجهلرین آغیر فلسفهسی اولورام من.
۲۱ ـ جی عصرین افسانهسینی اونوتما سئوگیلیم
چارمیخا چکیرلر منی
منده دینامئتلر پارتلاییشی
ایچیمده پارازئتلر
و تانرینین پارانتئزینده
سئوگی تئزلریمی یازیرام
<<<<>>>>
21-ci əsrin əfsanəsi mənəm sevgilim
21-ci əsrin əfsanəsi mənəm sevgilim
Min bir gecə nağılının noğulu
Minimomumdan makzimomuma qədər
Min bir yaranın xəritəsi
Atların nallarından sıçrayan
Heç bir ölçüyə sığmayan insan.
Bütün göllər
Bütün dənizlər
Bütün okianlar
Gözlərimdə batarkən
Beynimdə quruyur.
Ipək yolu alnımdan sovuşur
21-ci əsrin əfsanəsi mənəm sevgilim
Bütün feronların arabası
Üstümdən keçir.
Mavi gözlərindən bəz qalasından boylanıb
Vitnamın yer altı yollarından baş cıxardıram.
Hiroşimada əriyib,
Nakazakidə külə dönürəm.
Qara afrikada qurbağalar səmfonisini yazarkən,
Asiyada ölüm operasını yaradıram.
Bütün neronlar notlarımı yandırır.
21-ci əsrin əfsanəsi mənəm sevgilim
Klopatranın saçlarından,
Asırlar məni.
Ikinci dünya muharibəsində yandırarkən,
Birinci dünya muharibəsində
Qurşunlara basırlar məni.
Mən hələ də diri qalıram
Halivuddan doğulub,
Balivudda boğuluram.
Bütün iztirablarımı
Öskürürəm beynimə
Beynimdən uskara tullanıram
Və nobeldə
Tula kimi yallanıram.
Sətir-saətir səfehləyib,
Kəlmə-kəlmə xəfələnirəm.
21-ci əsrin əfsanəsi mənəm sevgilim
Santiyaqo da
Azadlığın son nəğməsini oxuyarkən,
Biləngimi atdırırlar.
Maskvada istanbulu bağırarkən,
Saxalində sill tutarkən,
Ölürəm
Dirilirəm.
21-ci əsrin əfsanəsi mənəm sevgilim
Səkilərdə doğulub
Səkilərdə iməkləyib
Səkilərdə böyüyüb
Səkilərdə qocalıb
Səkilərdə ölürəm
21-ci əsrin əfsanəsi mənəm sevgilim
Donkişut kimi tarixi azarkən
Nelsonun gözündə batarkən
Qandinin qansız inqilabına yetişirəm.
Hələdə şuvaliyyə paltarımı
əynimdən çıxartmamış,
dəmir düşüncələrin
ağır fəlsəfəsi oluram.
21-ci əsrin əfsanəsi mənəm sevgilim
Çarmıxa çəkirlər məni
Məndə dinametlər partlayışı
Içimdə parazetlər
Və tanrının parantezinde
Sevgi tezlərimi yazıram.